malikjafarli.az

Toxic Backlink nədir? | Toxic Backlink necə bloklanır?

  • Tavat Mirzəyeva
  • January 27, 2026
Toxic backlink nedir

Veb-saytın axtarış motorlarındakı nüfuzunu müəyyən edən əsas amillərdən biri backlink profilinin keyfiyyətidir. Lakin SEO-da hər link faydalı hesab edilmir. Bəzi backlinklər saytın orqanik inkişafını dəstəkləmək əvəzinə, Google üçün risk siqnalı yarada və ciddi sıralama itkilərinə səbəb ola bilər.

Bu səbəbdən backlink profilinin mütəmadi nəzarətdə saxlanılması, toxic backlinklərin düzgün analiz edilməsi və lazım gəldikdə texniki olaraq bloklanması sağlam SEO strategiyasının ayrılmaz hissəsidir.

Toxic Backlink nədir?

Toxic backlinklər veb-sayta keyfiyyətsiz, spam xarakterli və ya mövzu baxımından əlaqəsiz mənbələrdən gələn qeyri-təbii keçidlərdir. Google bu tip linkləri saytın nüfuzunu süni şəkildə artırmaq cəhdi kimi qiymətləndirir.

Əksər hallarda toxic backlinklər avtomatlaşdırılmış link qurma alətləri, zəif keyfiyyətli link kataloqları və ya yalnız link satışı məqsədi ilə yaradılmış PBN şəbəkələri vasitəsilə formalaşır. Bəzi hallarda isə rəqiblər tərəfindən məqsədli şəkildə yaradılan Negativ SEO hücumlarının nəticəsi ola bilər.

Belə linklər saytın real və davamlı böyüməsinə töhfə vermək əvəzinə, onun axtarış motorları qarşısındakı etibarını zəiflədir və uzunmüddətli risk yaradır.

Toxic backlink veb-saytımıza necə təsir edir?

Toxic backlinklərin ən ciddi təsiri Google-un Penguin algoritmini aktivləşdirərək saytın axtarış nəticələrindəki mövqelərini zəiflətməsidir. Qısa müddətdə çox sayda aşağı keyfiyyətli backlink əldə edilməsi və ya həddindən artıq optimizasiya olunmuş anchor text istifadəsi Google üçün açıq manipulyasiya siqnalıdır.

Bu cür siqnallar artdıqca saytın orqanik trafiki azalır, indeksləmə sürəti zəifləyir və ağır hallarda Google tərəfindən Manual Action tətbiq oluna bilər. Nəticədə uzun müddət görülən SEO işləri qısa zaman ərzində təsirsiz hala düşə bilər.

Toxic Backlink Auditi Necə Aparılır?

Toxic backlinklərin aşkar edilməsi sistemli və mərhələli audit yanaşması tələb edir. Bu prosesin əsas məqsədi risk yaradan linkləri müəyyən etmək, faydalı backlinkləri qorumaq və süni siqnalları ayırd etməkdir.

Backlink Profilinin Toplanması

Audit prosesinin ilk mərhələsində sayta yönələn bütün backlinklər toplanır. Bunun üçün Google Search Console, SEMrush Backlink Audit, Ahrefs və Moz Link Explorer kimi alətlərdən istifadə etmək olar.

Domen Qiymətləndirməsi

Toplanan backlinklər domen səviyyəsində analiz edilir. Toxicity Score, Spam Score, domenin real trafikə sahib olub-olmaması və link paylaşım davranışı əsas risk indikatorlarıdır. Yalnız link vermək üçün yaradılmış və real məzmun dəyəri olmayan domenlər yüksək risk kateqoriyasına daxil edilir.

Mövzu Uyğunluğu

Bu mərhələdə link verən saytın mövzusu ilə sizin saytın fəaliyyəti arasındakı əlaqə yoxlanılır. Mövzu baxımından əlaqəsiz sahələrdən gələn backlinklər, domen güclü olsa belə, profilin təbiiliyini poza bilər.

Anchor Text Audit

Anchor text strukturu ayrıca qiymətləndirilməlidir. Həddindən artıq optimizasiya olunmuş açar sözlər, eyni ifadələrin təkrarlanması və saytın dili ilə uyğun olmayan terminlər süni link quruculuğuna işarə edir. Sağlam backlink profili brend əsaslı və semantik balanslı anchor text-lərdən ibarət olur.

Toxic Backlinklərin Disavow Tool vasitəsilə bloklanması

Disavow prosesinə başlamazdan əvvəl backlinklərin dəqiq və sistemli şəkildə analiz edilməsi vacibdir. Bu mərhələdə ən geniş istifadə olunan alətlərdən biri SEMrush Backlink Audit alətidir..

SEMrush Backlink Audit ilə toxic backlink analizi

SEMrush-da Backlink Audit bölməsinə daxil olaraq analiz ediləcək domeni əlavə edirik və root domain seçirik. Bu seçim subdomainlər daxil olmaqla bütün backlinklərin analiz edilməsini təmin edir. Tarama prosesi backlink sayından asılı olaraq müəyyən vaxt ala bilər.

📌 Daha dəqiq nəticə üçün Google Search Console hesabının SEMrush-a bağlanması tövsiyə olunur.

Tarama tamamlandıqdan sonra ilk olaraq Overview bölməsi açılır. Bu hissədə backlink profilinin ümumi analizi aparılır və linklərin neçə faizinin toxicorta riskli (potentially toxic) və non-toxic olduğu aydın şəkildə görülür. Bu ümumi baxış saytın backlink vəziyyətini sürətli və effektiv şəkildə qiymətləndirməyə imkan verir.

toxic-backlink-nedir

Bu hissədən sonra auditin daha detallı mərhələsinə keçirik. 

toxic-backlink-nedir

Tarama tamamlandıqdan sonra Overview hissəsində backlinklər ToxicPotentially Toxic və Non-toxic kateqoriyalarına ayrılır. Toxic Score filtrindən istifadə edərək 60–100 aralığında olan linklər seçilir və disavow siyahısına əlavə olunur.

📌Praktikada toxic backlinklərin domain səviyyəsində disavow edilməsi daha təhlükəsiz yanaşma hesab olunur.

toxic-backlink-nedir

Orta riskli backlinklər isə manual şəkildə qiymətləndirilməli, faydalı olduğu müəyyən edilərsə whitelist-ə əlavə olunmalıdır.

toxic-backlink-nedir

Google Disavow Tool ilə toxic backlinklərin bloklanması

Son mərhələdə Google Disavow Tool-a daxil olunur, aid olduğu domen seçilir və SEMrush-dan ixrac edilən .txt fayl yüklənir. Google-un bu dəyişiklikləri tətbiq etməsi adətən 2–6 həftə aralığında baş verir.

Backlink Profilinizi Mütəmadi Yoxlayın və Qoruyun

Backlinklərin mütəmadi yoxlanılması saytın SEO sağlamlığını qorumaq üçün vacibdir. Xüsusilə böyük və aktiv saytlar üçün aylıq backlink auditi tövsiyə olunur.

Ucuz, avtomatlaşdırılmış link paketlərindən və şübhəli mənbələrdən uzaq durmaq uzunmüddətli SEO performansının qorunmasının əsas şərtlərindən biridir. 

Zərərli linkləri müəyyən etdikdən sonra mümkün olduqda webmasterdən linkin silinməsi və ya nofollow edilməsi xahiş edilməli, alternativ olaraq disavow prosesi tətbiq olunmalıdır.